Heydər Əliyev siyasəti bərqərar olandan Azərbaycanda bütün sahələrin dinamik inkişafı uğurla təmin olunmuş və hal-hazırda ölkəmiz inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanır. Buna
ölkəmizdə aparılan uzaqgörən,
məqsədyönlü siyasət,
sürətli inkişafı təmin edən genişmiqyaslı islahatlar nəticəsində nail olunmuşdur.
Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır.
Son illər ölkəmizin bütün
sahələrində aparılan məqsədyönlü islahatlar həm də
siyasi partiyaların
fəaliyyəti sahəsində aparılıb. Bu mənada Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Ölkəmizdə Heydər Əliyev siyasətinin bərqərar olması,
İlham Əliyev cənablarının siyasi hakimiyyətə gəlməsi ilə bu siyasətin 2003-cü ildən yeni məcraya qədəm qoyması ilə bütün sahələrin
inkişafını təmin edən uzaqgörən, məqsədyönlü islahatlar
kursu dövlətimizin gücünün artmasını, yeniləşməni və müasirləşməni təmin edən
çox mühüm amillərdən biridir. Yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar kursu müasir
çağırışları, milli maraqları və ictimai-siyasi münasibətləri
özündə ehtiva etməklə kompleks xarakter
daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu
Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin
gerçəkləşməsini mümkün edən amillərdəndir. Ümumiyyətlə,
yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi
olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi
düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır.
Dövlət Başçısının siyasətinin proqressiv nəticələri özünü bütün
sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli
səciyyə daşıyan kadr, struktur islahatları idarəetmənin səmərəliliyi
və çevikliyinin artmasını təmin etməklə yanaşı,
vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin
güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın
müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi
irəliləməsini-milli hədəfləri reallaşdırmasını təmin edir. Çoxşaxəli islahatlardan
bəhs edərkən siyasi islahatların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
İslahatlar nəticəsində yeni
siyasi strukturun formalaşması, siyasi dialoq prosesinin
dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş
cəmiyyəti təsisatlarının inkişafına xidmət edən addımların
atılması Azərbaycanda mühüm prioritetlərin
reallaşdırılmasına, milli həmrəyliyin gücləndirilməsinə təkan vermişdir. 2003-cü ildən Azərbaycanda siyasi hakimiyyətə gələn Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində
möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi
ədalətin bərpasından sonra ölkəmizin qarşısında yeni
çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa
xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının
təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal
informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın -
layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin
nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər
kimi müəyyənləşdirilib. Hakim və alternativsiz siyasi qüvvə olan Yeni
Azərbaycan Partiyasının bu istiqamətdə müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmiz inkişaf etmiş dövlətlər cərgəsində qərarlaşmışdır. İlham Əliyev cənablarının apardığı uğurlu və məqsədyönlü siyasət ölkəmizdəki bütün siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradır. Artıq Yeni
Azərbaycan Partiyası ilə müxalifət partiyaları arasında ölkəmizin inkişafı naminə qarşılıqlı əməkdaşlıq və həmrəylik şəraitində fəaliyyət mövcuddur.
Vətən müharibəsi zamanı bu həmrəyliyin,
qarşılıqlı əməkdaşlığın sayəsində Azərbaycan tarixi qələbəni əldə etdi. 5 mart 2022-ci il tarixdə keçirilən VII qurultayda Yeni Azərbaycan Partiyasının
yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin müxtəlif
istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir.
Yeni Nizamnamənin qəbulu
dünyada müasir çağırışların bərqərar olduğu dövrdə Azərbaycanın sürətli,
dinamik inkişafını təmin edəcəkdir. Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən
formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya
idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər
tərəfdən, Azərbaycanın 6 siyasi partiyasının
Yeni Azərbaycan Partiyasına qoşulması bu partiyanın
yüksək nüfuzunun, ona böyük etimad
və inamın olmasının bariz təzahürüdür. VII
qurultaydan sonra Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin
edilmişdir. Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli
fəaliyyəti ilə bərabər Yeni Azərbaycan
Partiyası sədrinin müavini
təyin olunması ilə partiyada aparılan işlər daha da mütəşəkkil xarakter almışdır. Bu,
dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi
baxımından çox böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın
Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi
fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan
Yeni Azərbaycan Partiyasının yeni nailiyyətlər əldə
edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli
inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq. Yeni Azərbaycan Partiyasının son qurultayında
müəyyən olunmuş əsas vəzifələrdən biri də partiya strukturunun yenilənməsi və
fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati işlərin həyata
keçirilməsidir. Partiyada təşkilatlanma prosesi müxtəlif
istiqamətlər üzrə
aparılır. Yeni Azərbaycan Partiyasının VII
qurultayından ötən zaman müddətində təşkilatlanma, kadr və
struktur dəyişiklikləri baxımından mühüm qərarlar qəbul olunub. Yeni
Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən
partiyanın strukturu, təşkilatları yeni prinsiplər əsasında
formalaşdırılmışdır. Partiyada təşkilatlanma işi
daha çevik və müasir tələblərə uyğun qurulmuşdur. Yeni
Azərbaycan Partiyasının təşkilatçılığı ilə
siyasi-ideoloji istiqamətdə bir sıra tədbirlər təşkil
olunur. Bu tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi,
milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
müstəsna əhəmiyyət kəsb edir.
İnkişaf etmiş demokratik ölkələr üçün nümunə olan
Yeni Azərbaycan Partiyası ölkənin hər bir sahəsində təmsil
olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verir.
Belə ki, artıq Yeni Azərbaycan
Partiyası əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı
olan prosesləri stimullaşdıran partiyaya çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident
İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan
Partiyası artıq yeni mərhələdə öz üzərinə düşən
vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verir və gələcəkdə də verəcəkdir. Çünki bu partiya Ümummilli
Liderimizin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin
ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin
ətrafında birləşməklə yaradılmış, bu gün qalib xalqın Lideri,
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
inkişaf edən Yeni Azərbaycan Partiyası sabah da
taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək
- ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək!
Heydər Əliyev siyasi yolu, müdrik, uzaqgörən,
dahi siyasətçi İlham Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanın uzunmüddətli xoş gələcəyinin ən böyük qarantıdır. Nəcəf HƏSƏNOV, Yeni Azərbaycan Partyasının üzvü, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi.